- Baxış sayı: 27
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
Fəaliyyətini dayandırmış “Bakı” futbol klubuna məxsus keçmiş bazada tikinti hələ də başlamayıb. Allsport.az saytı xəbər verir ki, kompleksin yeni sahibləri dövlət şəhərsalma və arxitektura komitəsindən müvafiq icazəni ala bilməyiblər. Halbuki türkiyəli iş adamına məxsus olduğu deyilən şirkət ötən ilin sonlarında 1 saylı Bakı inzibati-iqtisadi məhkəməsinin qərarı əsasında həmin əraziyə sahiblənib.
Öncə stadion və ətrafında böyük ərazi “Bakı”nın prezidenti, tanınmış iş adamı Hafiz Məmmədova məxsus olub. Sonra naməlum səbəbdən köməkçi stadionlar dağıdıldı və bir müddət əvvəl əsas arenada viran qoyulub.
Sportinfo.az-ın məlumatına görə, komitəsi yalnız keçmiş “Delfin” hotelinin, keçmiş qolf federasiyası və məşhur “Kəhrəba” restoranının yerləşdiyi ərazinin sökülməsinə icazə tanıyıb. Yeni yaşayış massivinin salınması üçün tikinti işləri hazırda bu yerdə aparılır. Bazanın ərazisinə texnika yeridilsə də, 3 aydır ki, hər şey olduğu kimi qalıb.
Vaxtilə paytaxtın ən böyük futbol infrastrukturu olmuş məkandan son fotoları da oxucularımıza təqdim edirik: