Mingəçevirdə “ƏrToğrul” sənədli filminin nümayiş olunub

Milli olimpiya komitəsinin 30-illik yubileyi çərçivəsində “Azərbaycanın Olimpiya Odisseyası” sənədli filmləri silsiləsinin bölgələrdəki nümayişi davam edir. Allsport.az saytı xəbər verir ki, növbəti tədbir Mingəçevir şəhərində baş tutub. İcra hakimiyyətinin başçısı İlham İsmayılov, olimpiya çempionu Toğrul Əsgərov, rayon ictimayyətinin nümayəndələri, fəal gənc və yeniyetmələrin qatıldığı görüşdə belə tədbirlərin sağlam həyat tərzininin təbliğini aşılamaq baxımından əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Toplantıda adı çəkilən şəxslər və MOK-un nümayəndələri çıxış ediblər. Qeyd olunub ki, “Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində çəkilən sənədli filmlərin nümayişi Lənkaran, Bərdə və paytaxt Bakıda da baş tutacaq. MOK-un 30-illik yubileyinə həsr olunan xüsusi hədiyyə Mingəçevirin başçısı İlham İsmayilova təqdim olunub. Sonra London-2012-in qalibi Toğrul Əsgərova həsr olunan “ƏrToğrul” filmi izlənilib.

Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Mingəçevir dövlət universitetində keçirilən görüşün sonunda idman könüllülərinə MOK-un sertifikatları təqdim olunub. Ölkəmizin bölgələrində baş tutan layihə milli olimpiya komitəsinin, milli olimpiya akademiyasının və Azərbaycan idman könüllüləri ictimai birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish