Türkiyə millisinin avarçəkəni: “Azərbaycanda təşkilatçılıq yüksək səviyyədədir”

“İlk dəfə Azərbaycanda oluram. Bir doğmalıq var. Mingəçevirdə təşkilatçılıq yüksək səviyyədədir. Bura çox xoşuma gəldi. Yerli federasiya yaxşı hazırlaşıb”.

Allsport.az saytı xəbər verir ki, bunu Türkiyənin kanoe millisinin üzvü İrəm Uzun dedi. O, 6-7 mayda ümumilli lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə keçiriləcək “Prezident kuboku-2022” reqatasında gərgin rəqabət vəd etdi:

“Yarışda 6 komanda var. Sabah rəqabətə başlayacağıq. Bir qədər həyacanlıyam. Şəhərdə izdiham var, insanlar bu turnirə böyük maraq göstərirlər”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish