- Baxış sayı: 24
- 18 Mart 2025 12:55
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Minifutbol üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub.
Allsport.az xəbər verir ki, bürünc medal uğrunda görüşdə “Aznur” və “Galaxy” komandaları qarşılaşıblar. Qalib penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan “Aznur” 3:1 hesabı ilə qalib gəlib. Həlledici oyunda “Zirə” və “Birbaşa Bakı” komandaları üz-üzə gəlib. Oyun “Birbaşa Bakı”nın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan minifutbol federasiyasının prezidenti Orxan Məmmədov, dünya minifutbol federasiyasının prezidenti Filip Çuda, Avropa minifutbol federasiyasının prezidenti Peter Klarik, AFFA-nın baş katibi Cahangir Fərəcullayev və icraçı vitse-prezidenti Sərxan Hacıyev təqdim ediblər.