- Baxış sayı: 63
- 20 İyul 2025 11:02
- Baxış sayı: 169
- İyul 20, 2025
- 0
Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatında növbəti dəfə Avropa çempionu olan sərbəst güləş komandamız vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, millinin böyük məşqçisi Əsgərxan Novruzov 3 qızıl, 1 gümüş və 2 bürünc medalı yüksək qiymətləndirib:
“2022-ci ildə Avropa çempionu olmuşduq. 2023-cü ildə 1 xalla çempionluğu qaçırtdıq. Ötən il yenidən çempion olduq. Bu il də vəziyyət çətin idi. Ukrayna komandası ilə son ana qədər çempionluq uğrunda mübarizə apardıq. Titulumuzu qoruduq. Bu yarışa hazırlıq məqsədilə 3 təlim-məşq toplantısı keçmişdik.
Geyim, vitaminlə təminat, yemək-yataq şəraiti, ezam – hər şey qaydasında idi. Bununla bağlı federasiyamıza, gənclər və idman nazirliyinə, milli olimpiya komitəsinə bütün məşqçilərin adından minnətdarlığımı bildirirəm. Lazımi şərait yaradılmışdı. İyunun 14-ü Mirəsgər Seyidovun şəhadətə yetdiyi gün idi. Mirəsgər Seyidov, Allahverdi Bağırov, Mübariz İbrahimov başda olmaqla, qələbələrimizi bütün şəhidlərin ruhuna həsr edirik.
Onları yaddan çıxartmarıq. Onlar başımızım tacıdır. Zəhməti keçən hər kəsə təşəkkür edirəm. Məqsədimiz dünya çempionatında da 1-ci olmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Biz istəyirik ki, gənclərimiz milli ruhda böyüsün. Onu da qeyd edim ki, Ermənistan güləşçiləriylə 6 görüş keçirtdik və 5 qələbə qazandıq”.