Mirhüseyn Seyidov nədən razı deyil?

“Neftçi”nin futbolçusu Mirhüseyn Seyidov açıqlama verib. Allsport.az saytı sportpress.az-a istinadən xəbər verir ki, yarımmüdafiəçisi “ağ-qaralar”ın Premyer liqanın geridə qalan müddətində çıxışı haqda bunları deyib:

“Çempionatda cəmi 11 tur geridə qalıb. Odur ki, indidən nəsə demək çətindir. Heç nə itirməmişik. Liderdən çox az fərqlə geri qalırıq. Bəziləri deyir ki, “Neftçi” müdafiə futbolu oynayır. Bu fikirlə razı deyiləm. Komandamızda bacarıqlı məşqçilər var.

Bundan başqa, qazandığımız nəticə düzgün yolda olduğumuzu göstərir. Ola bilsin, oyunumuz baxımlı alınmır. Biz də bunu dərk edirik. Lakin zaman keçdikcə hər şey yoluan düşəcək. Elə AzAL-a qarşı keçirdiyimiz son oyun da düzgün yolda olduğumuzu göstərdi”.

Həmin kateqoriyadan