- Baxış sayı: 48
- 04 Oktyabr 2024 14:34
- Baxış sayı: 93
- Oktyabr 06, 2024
- 0
“Müqavilənin daha 1 il müddətinə uzadılmasına şad oldum. Həm Azərbaycan futzal federasiyasının rəhbərliyinə, həm də AFFA icraiyyə komitəsinin üzvlərinə etimada görə təşəkkür edirəm”. Allsport.az xəbər verir ki, bu sözləri futzal üzrə millimizin baş məşqçisi Joze Alesio Da Silva federasiyanınsaytına açıqlamasında deyib.
Braziliyalı mütəxəssis bildirib ki, Azərbaycan millisində işləmək onun üçün xoşdur: “Missiyamı hələ başa vurmamışam. Görüləsi çox işimiz var. Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi. Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik.
Joze Alesio qarşıda komandasını daha çətin sınağın gözlədiyini vurğulayıb: “Pandemiya ilə əlaqədar zalların fəaliyyətinə icazə verilmədiyinə görə, ölkə çempionatı keçirilmədi. Buna rəğmən, milli komanda ilə uğur qazandıq, növbəti dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə əldə etdik. Əlbəttə, bizi qarşıda daha çətin sınaq gözləyir. Yanvarda başlayacaq bu yarışa yaxşı hazırlaşmalıyıq. Mümkün qədər yoldaşlıq oyunları keçirməli, daxili çempionatı bərpa etməli, gücləndirməliyik. Planlarla bağlı federasiya prezidenti ilə söhbətimiz olub. Təbii ki, insan sağlamlığı ön planda gəlir. Ümid edirəm ki, bəşəriyyət bu bəladan tezliklə qurtulacaq”.