Mixael Şumaxerin maşını ən yüksək məbləğə satılıb

Mixael Şumaxerin 2003-cü ildə qalib olarkən sürdüyü bolid hərracda 14,6 milyon ABŞ dollarına satılıb.

Allsport.az saytı xəbər verir ki, bu, 7-qat dünya çempionunun idarə etdiyi texnika arasında satılan ən dəyərli yarış avtomobili kimi tarixə düşüb.

Bunadək rekord 2017-ci ildə qeydə alınmışdı. Həmin ildə almaniyalı Formula-1 sürücüsünün 2001-ci il mövsümündə idarə etdiyi bolid 7,5 milyon dollara öz sahibini tapmışdı.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish