- Baxış sayı: 37
- 20 Yanvar 2026 10:30
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Qarışıq döyüş ustası Mayk Draqik Florida ştatında ibtidai məktəbin qarşısında timsahla güləşərkən, izləyən insanalar onu telefonla videoya çəkib.
Allsport.az xəbər verir ki, 33 yaşlı Draqik MMA-da 4 döyüş keçirib. Peşəkar döyüşlərlə yanaşı, o, heyvan təlimçisidir və veteranlara travma sonrası stres pozğunluğu ilə mübarizə aparmağa kömək edən “Projekt Savior Outdoors” şirkətinin yaradıcısıdır.
3 metrlik timsah Floridada ibtidai məktəbin yaxınlığında məskunlaşmağa qərar verəndə Mayk çağırıldı və tez işə başlayıb. Çox keçmədən heyvanı ram etməyi bacarıb.