“Möhkəm komandamız var”

Azərbaycan Premyer Liqasının XXV turunun “Sabah” – “Araz-Naxçıvan” oyunundan (2:2) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.

Allsport.az xəbər verir ki, o, görüş barədə bunu deyib:

“Maraqlı, dinamik oyun izlədik. Hər iki komanda hücumda kreativlik göstərdi. Futbolçuların çıxışından razı qaldım. Yaxşı oynadıq və bir xal qazandıq, yolumuza davam edirik.

Komandamız enişdə deyil. Ötən həftə Azərbaycan kubokunda “Zirə”ni məğlub edib yarımfinala vəsiqə qazandıq. Möhkəm komandamız var. Sadəcə, zədəli futbolçularımız çoxdur. Onların dönüşündən sonra hücumda daha kəsərli olacağıq”.

Həmin kateqoriyadan