- Baxış sayı: 189
- 03 İyun 2023 23:30
- Baxış sayı: 189
- İyun 03, 2023
- 0
AFFA intizam komitəsi MOİK klubunun futbolçusu Elgün Bayramovu 4 oyunluq cəzalandırıb.
Allsport.az xəbər verir ki, buna 18 yaşlı qapıçının “Qaradağ Lökbatan”a qarşı I divizionun VIII tur oyunundan sonra hakimlər briqadasını təhqir etməsi səbəb olub.
Ordu klubu bunun üçün 320 manat məbləğində cərimələnib.
Bundan əlavə, hər 2 komandanın 4 oyunçusu görüşdə sarı vərəqə alıb. Tərəflər bu səbəbdən əlavə 80 manat ödəyəcəklər.
Qarşılaşma “Qaradağ Lökbatan”ın minimal hesablı qələbəsi ilə yekunalaşıb – 1:0.