- Baxış sayı: 34
- 31 May 2023 18:20
- Baxış sayı: 138
- May 30, 2023
- 0
18-21 mart tarixlərində İordaniyanın paytaxtı Ammanda ANOC-un idman direktorlarının 2-ci Seminarı keçirilib.
Allsport.az xəbər verir ki, ANOC-un baş katibi Qunilya Lindberqin çıxış nitqindən sonra “Tokio -2020” yay və “Pekin-2022” qış olimpiya oyunlarında yaranan problemlər müzakiirə olunub. Akkreditasiya, idmançıların yerləşdirilməsi, İdmançılar və məşqçilərin oyunlardan kənar münasibətləri, idmançıların təhlükəsizliyi kimi mövzuları ətrafında müzakirə aparılıb.
Həmçinin seminarda Milli Olimpiya Komitələrinin federasiyalarla əməkdaşlığının gücləndirilməsi, idmançı və məşqçilərlə birgə fəaliyyətlə bağlı təkliflər səslənib.
ANOC rəsmiləri, Milli olimpiya komitələrinin nümayəndələrinin iştirak etdiyi seminara Azərbaycan milli olimpiya komitəsinin idman idarəsinin direktoru Həsənağa Rzayev də qatılıb.