Monteneqroda medalı təmin etdi

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir. Allsport.az xəbər verir ki, yarışın üçüncü günündə Azərbaycanın daha bir idmançısı mərhələ adlayıb.

48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş Banuçiçəyin qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). O, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq.

Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

Həmin kateqoriyadan