Mövsümün antirekordu: 5 qırmızı vərəqə!

Premyer liqasının XVIII turunda “Zirə” – “Kəpəz” oyunu qırmızı vərəqələrin sayında antirekordla əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, 2:2 hesabı ilə bitən matçda 5 futbolçuya belə ağır cəza verilib.

Coşqun Diniyev və Nemanya Andelkoviç meydan sahiblərinin, Elçin Əlicanov, Girogi Kantariya və Mixeil Erqemlidze isə qonaqların heyətində qırmızı vərəqə alıblar.

Sonuncunun cəzası oyun bitdikdən sonraya təsadüf olunub. Bu, premyer liqanın cari mövsümünün antirekordudur.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish