“Moykano Mahaçevi məğlub edə bilərdi”

Amerikalı UFC döyüşçüsü Qrant Douson titul döyüşündə rusiyalı İslam Mahaçevin braziliyalı Renat Moykano üzərində qələbəsindən danışıb.
Allsport.az xəbər verir ki, o, Moykananon döyüşə hazırlıqsız olduğunu deyib:

“Moykano döyüşdən əvvəl heç güləş məşqi etməyib. O, ancaq yumruq zərbəsini məşq edib. Və bu, müəyyən bir üsluba hazır olmadıqda böyük rol oynayır. Baxmayaraq ki, İslam Moykano üçün yaxşı rəqibdir. Düşünürəm ki, Renato səkkiz həftə hazırlaşsaydı, Mahaçevi məğlub edə bilərdi”.
Yanvarın 19-da Mahaçev yüngül çəkidə UFC çempionu titulunu qorumaq üçün ilk raundda Moykanonu boğaraq məğlub edib.

Həmin kateqoriyadan