- Baxış sayı: 34
- 13 May 2025 13:23
- Baxış sayı: 69
- May 13, 2025
- 0
Macarıstanın MTK klubunun baş məşqçisi Teodor Vasiliş Avropa Liqasının 2-i təsnifat mərhələsində “Qəbələ”yə rəqib olmalarına münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, o, klub saytına açıqlamasında bunu söyləyib:
“Qazaxıstan “Aktobe”si ilə görüşlərimiz çətin alınsa da, onları keçə bildik. Səbrsizliklə Avropa Liqasının 2-ci təsnifat mərhələsinin matçlarını gözləyirəm.
Hansı ki, biz Azərbaycanın “Qəbələ” klubu ilə qarşılaşacağıq. Ciddi rəqibdir. Onlarla oyunlarımız çox çətin olacaq. Cütün qalibinin hansı komanda olacağını indidən demək çətindir”.