“Müəllimim mənə “bürünc qız” deyir”

Tiranada keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanan Əsmər Canqurtaran (şəkildə sağda) Azərbaycana qayıdıb. Allsport.az xəbər verir ki, güləşçimiz Heydər Əliyev adına beynəlxalq hava limanında açıqlama verib:

“Yarış çox həyəcanlı və gərgin keçdi. Çünki Avropa çempionatında zəif rəqiblər olmur. Hamı qələbə qazanmaq uğrunda güləşir. Bu mənim 3-cü bürünc medalımdır. Ən çətini demək olar ki, bu idi. Müəllimim mənə “bürünc qız” deyir.

Amma bir gün bu bürüncü qızıla çevirəcəyimə inanıram. Yarımfinal görüşünün ilk dəqiqələrində çiynimdən ciddi zədə aldım. Hətta qolumu belə qaldıra bilmirdim. Amma növbəti gün ağrı olsa da, görüşə köklənib, medal qazana bildim.

Bunun üçün komandanın məşqçiləri Toğrul Əsgərov, Ağahüseyn Mustafayev və Solmaz Adilovaya çox sağ ol deyirəm. Uğurlarım hələ qarşıdadır”.

Həmin kateqoriyadan