“Mübahisəli penalti zamanı hakimin nə düşündüyünü deyə bilmərəm”

“Sumqayıt” premyer liqanın 3-cü turunda səfərdə “Zirə” ilə 0:0 edib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında “kimyaçılar”ın baş məşqçisi Aleksey Baqa bunu söyləyib:

“Kifayət qədər maraqlı oyun oldu. Hər 2 komandanın qapısı qarşısında hərarət var idi. Bizim üçün oyunu yaxşı adlandırmaq mümkündür. Ən azından iki məğlubiyyətin ardından aktivimizə xal yazdırmağı bacardıq.

Bugünkü qarşılaşma emosiyalarla dolu idi. Mübahisəli penalti zamanı hakimin nə düşündüyünü deyə bilmərəm. Hakim nə qərar veribsə, hörmət etmək lazımdır”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish