“Müdafiədə çox səhv etdik”

“Hər 2 komanda bir-birini yaxşı analiz etmişdi. Birinci hissədə 5 foul limitini doldurduq və sonra rəqibə 10 metrlik cərimə zərbəsi vurmaq imkanı yaratdıq. Onlar da bundan maksimum istifadə etdilər”. Allsport.az saytı xəbər verir ki, bu sözü çempionlar liqasının əsas mərhələsisində Bosniya və Hersoqovinida İsveçin “Orebro” klubu ilə oyundan sonra, “Araz-Naxçıvan”ının baş məşqçisi Joze Alesio da Silva deyib. Braziliyalı mütəxəssis bunu əlavə edib:

“Yaxşı oyun oldu, amma səhvlərimiz də çox oldu. Buraxdığımız 5 qoldan 2-ni 10 metrlik, birini isə penaltidən vurdular. Digər iki qolu isə demək olar, hədiyyə etdik. Demişdim ki, hər bir oyunumuz finala bərabərdir. Bu cür görüşlərdə belə səhvlərə yol vermək olmaz. Müdafiədə çox səhv etdik. Qol epizodları da yaratdıq, amma realizə edə bilmədik. Əgər çoxlu səhvlər edirsənsə və imkanlarını realizə edə bilmirsənsə, bu cür nəticədən qaçmaq mümkün deyil”.

“Araz-Naxçıvan” – “Orebro” matçı rəqibin 5:2 qələbəsi ilə yekunlaşıb. Komandamız sabah Serbiyanın “Loznika Qrad” klubuna qarşı oynayacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish