- Baxış sayı: 52
- 10 İyul 2025 19:11
- Baxış sayı: 300
- İyul 11, 2025
- 0
I və II Qarabağ müharibəsində iştirak etmiş idman ictimaiyyəti nümayəndələrinin sayı bəlli olub. Allsport.az xəbər verir ki, I Qarabağ müharibəsinə idman ictimaiyyətindən 930 nəfər qatılıb.
Onlardan 27-si yaralanıb, 48-i şəhid olub. 2 nəfər itkin düşüb, 6 şəxs isə Milli Qəhrəman adı alıb.
II Qarabağ müharibəsinə isə 986 şəxs qatılıb, onlardan 115-i yaralanıb, 319-u isə şəhidlik zirvəsinə ucalıb. 986 nəfərdən 4-ü idman jurnalistidir.
Vətən müharibəsində iştirak etmiş idman jurnalistlərinin biri hərbi əməliyyatlar zamanı yaralanıb. 1 idmançı – Vəliəhəd Vəliyev isə erməni əsirliyindən qaytarılıb.