- Baxış sayı: 33
- 13 May 2025 19:37
- Baxış sayı: 69
- May 13, 2025
- 0
Monqolustan paytaxtı Ulan-Batorda cüdoçuların qran-prisinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan millisi daha 2 medal qazanıb.
Zelim Kotsoyev (100 kq) 1-ci yeri tutub. Firudin Dadaşov (90 kq) bürünc mükafata yiyələnib. Buna qədər Davud Məmmədsoy (60 kq) və Fəqan Quluzadə (73 kq) 3-cü olublar.
13 ölkədən 126 idmançının (65 kişi, 61 qadın) mübarizə apardığı yarışda Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə çıxış edib.