“Murov” və “Azərreyl”dən qələbə

Dekabrın 22-də qadın voleybolçuların yüksək liqasında ilk turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Bakı voleybol mərkəzində tura “Abşeron” – “Murov” matçı ilə start verilib. Vüqar Əliyevin komandası son ölkə çempionuna 3:1 (25:19, 25:13, 11:25, 26:24) qalib gəlib.

Günün 2-ci matçında “Azərreyl” klubu UNEC ilə qaşılaşıb. “Dəmiryolçular” hər 3 setdə üstün oyun nümayiş etdiriblər – 3:0 (25:09, 25:17, 26:24).

Yüksək liqanın qalibi 6 dövrədən sonra müəyyən olunacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish