- Baxış sayı: 23
- 30 Noyabr 2023 01:01
- Baxış sayı: 23
- Noyabr 30, 2023
- 0
Kişi voleybolçuların ölkə çempionatının yüksək liqanın ilk turunda “Murov Az Terminal” gərgin oyunda “Neftçi”ni 3:1 məyus etdi (25:20, 21:25, 31:29, 25:17). Görüşdən sonra qalib komandanın baş məşqçisi Fərid Cəlalov allsport.az saytına bunu dedi:
“Gözlədiyim oyun olmadı. Açığı, komandamızdan daha yaxşı çıxış edə bilərdik. Bloklarda və ilk 2 setdə topu qəbulda çoxlu yanlışlığa yol verdik. Öz səhvlərimizi incələyib, nəticə çıxarmağa çalışacağıq.
Bildiyiniz kimi, bu mövsüm çempionatın səviyyəsi artıb. Hesab edirəm ki, bu günkü oyunla çox uzağa gedə bilmərik. Mütləq öz üzərimizdə işləməliyik.
Bu matçda qırılma nöqtəsi 3-cü setdə, hesab 1:1 olarkən oldu. Mübarizə çox uzandı. Bu durumda hansı komanda udursa, ümumi matçı qazanır”.