- Baxış sayı: 45
- 27 May 2023 19:30
- Baxış sayı: 27
- May 28, 2023
- 0
Goranboy olimpiya idman kompleksində 28 May – Müstəqillik gününə həsr olunmuş voleybol üzrə zona birinciliyi keçiriləcək. 15 yaşadək qızlar və oğlanlar arasında təşkil olunacaq turnirdə ətraf rayonların komandaları da iştirak edəcəklər.
Yarışın proqramına uyğun olaraq mayın 25-də öncə iştirakçı komandaların məşqçiləri ilə iclas keçiriləcək. İclasda AVF-nin nümayəndələri və voleybol mütəxəssisləri iştirak edəcəklər. Ardınca qarşılaşmalar baş tutacaq.
Bölgələrdə bu cür yarışların keçirilməsində əsas məqsəd perspektivli gənc oyunçuların müəyyənləşdirilməsi və onların gələcəkdə milli komandaya cəlb olunmasıdır.