- Baxış sayı: 30
- 14 Oktyabr 2024 15:46
- Baxış sayı: 61
- Oktyabr 11, 2024
- 0
18 may beynəlxalq muzeylər gününə tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, “Qlobal sağlamlıq və xoş rifah” şüarı ilə fiziki məhdudiyyəti olan səxslər üçün beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova şahmat seansı verib.
Tədbirdə muzeyin direktoru Nailə Vəlixanlı, İslam dünyasının ilk qadın şahmatçı qrossmeysteri Aynur Sofiyeva, Azərbaycan şahmat federasiyasının vitse-prezidenti Faiq Həsənov, Sumqayıt olimpiya idman kompleksinin direktoru Zeynəb Məmmədyarova, gənclər və idman baş idarəsinin nümayəndəsi Gündüz Vəliyev iştirak ediblər.
Çıxış edən qonaqlar qeyd ediblər ki, sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası məqsədilə həyata keçirilən belə tədbirlər bu təbəqədən olan şəxslərin idman bacarıqlarının üzə çıxarılmasına dəstək olur.
Seansda eyni anda 20 lövhədə müxtəlif yaş qruplarından olan şəxslər beynəlxalq qrossmeyster ilə mübarizə aparıblar. İştirakçılar fəal oyuna görə Azərbaycan tarixi muzeyi adından təşəkkürnamə ilə təltif olunublar.