- Baxış sayı: 29
- 04 Dekabr 2024 23:46
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Qarabağ” avroliqanın əsas mərhələsinin 3-cü turunda evdə Niderlandın “Ayaks” klubuna 0:3 yenildi. Allsport.az saytı xəbər verir ki, Tofiq Bəhramov adına respublika stadionunda mətbuat konfransında “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanov məğlubiyyətə aydınlıq gətirdi:
“Əfsuslar olsun, uduzduq. Oyuna yaxşı başlamışdıq. Rəqibi daim təzyiqdə saxladıq. Qırmızı vərəqələr işləri korladı. Futbolçularımızın cəsarəti məni sevindirdi.
“Ayaks” kimi klubun Bakıda olması üstünlük idi. Belə rəqiblərlə mübarizədə böyüyürük. Yüksək səviyyəli klub burada özünü göstərir – xırda fürsətdən yararlanır.
Qırmızı vərəqələrdən razı deyiləm. Futbol mübarizə oyunudur. Həmin məqamlarda təmkinli olmaq olardı. Nə olsun ki, bizdə futbol digərlərindən aşağıdır. Zatən top komandaya qarşı oynayırdıq”.