- Baxış sayı: 44
- 18 Mart 2023 18:58
- Baxış sayı: 60
- Mart 25, 2023
- 0
Türkiyənin Antalya şəhərində beynəlxalq velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “GP Antalya” yarışı keçirilib.
Allsport.az xəbər verir ki, 119 km məsafəni 2 saat 45 dəqiqə 25 saniyəyə tamamlayan 32 nəfərlik qrup içərisində Azərbaycan yığmasının üzvü Nəcəf Bağırov da olub. O, fotofinişə əsasən 13-cü nəticə göstərib.
Finişə 400 metr qalmış yığmamızın digər üzvü Əli Qurbanov yıxılaraq yüngül zədə alsa da, mübarizəni davam etdirərək finiş xəttini keçə bilib.