Nəriman Abbasovla yeni anlaşma

“Qəbələ” idman klubu ilə MMA döyüşçüsü Nəriman Abbasov arasında müqavilə uzadılıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı idmançı ilə yeni anlaşma 1 ili əhatə edir.

Sözləşməndən sonra, klubuun prezidenti Fariz Nəcəfov döyüşçü və onun məşqçisi Şəhriyar Abbasovla görüşüb. Tədbirdə Nərimanın döyüşləri barədə fikir mübadiləsi aparılıb.

Klub prezidenti idmançıya karyerasında  uğurlar arzulayıb. Abbasov göstərilən dəstəyə görə “Qəbələ” İdman Klubuna təşəkkür edib, bütün döyüşlərdə qələbə üçün mübarizə aparacağını, Azərbaycan bayrağını zirvələrdə dalğalandırmaq üçün əlindən gələni edəcəyini bildirib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish