- Baxış sayı: 31
- 04 Dekabr 2024 19:28
- Baxış sayı: 52
- Dekabr 04, 2024
- 0
“Sabah” – Azərbaycan basketbol liqasının I turunda “Sərhədçi”ni 80:53 məğlub edib. Allsport.az xəbər verir ki, son ölkə çempionun baş məşqçisi Rimas Kurtinaytis qələbə ilə bağlı bunu deyib:
“Liqanın başlaması oyun ritmi baxımından avrokubok qarşılaşmalarına daha yaxşı hazırlaşmağımıza kömək edəcək. Bu gün heyətdə çoxlu rotasiyalar etdim. Yerli basketbolçulara daha çox şans verdim. Müsbət oyun elementləri ilə yanaşı səhvlərimiz də oldu.
Lakin istədim bu gün oyunçulara avrokubok oyunu öncəsi bir qədər sərbəstlik verim. Ümumilikdə nəticədən və göstərdiyimiz oyundan razı qaldım. De Andreyə gəlincə, özünü yaxşı hiss edir. Ümid edirəm “Norrköping Dolphins” ilə oyunda bizə kömək edə biləcək”.