“Son 4 ildə 3 dəfə Avropa çempionu olduq”

Şimali Makedoniyanın paytaxtı Skopyedə yeniyetmələrin Avropa çempionatında mübariz aparan sərbəst güləşçilərimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, 3 qızıl, 1 gümüş və 2 bürünc medalla Avropa çempionu olan komandamızı Heydər Əliyev beynəlxalq aeroportunda böyük coşqu ilə qarşılanıb. AGF-in icraiyyə komitəsinin üzvü Namiq Abdullayev millimizin çıxışını yüksək dəyərləndirib:

“Həm idmançıların, həm məşqçilərin əməyini yüksək qiymətləndiririk. Azərbaycan güləş federasiyasının rəhbərliyi adından məşqçilər korpusuna, idmançılarımıza minnətdarlığımızı bildiririk. AGF, MOK və GİN idmançılarımıza böyük diqqət, qayğı göstərilir. Bunun da nəticəsində idmançılarımız hər zaman ölkəmizi layiqincə təmsil edib, bayrağımızı yüksəklərə qaldırıb, himnimizi səsləndiriblər.

Son 4 ildə 3 dəfə Avropa çempionu olduq. U20, U23 və böyüklər arasında da dəfələrlə Avropa çempionu olmuşuq. Həm fərdi, həm də komanda hesabında kifayət qədər uğurlarımız var. Federasiya tərəfindən son illlər xüsusən 15-17 yaşlı komandalar üçün hər bir şərait yaradılıb. Həm Bakıda, həm də regionlarda təlim-məşq toplanışları təşkil olunur. Nəticələr də göz önündədir. 2022-ci ildən etibarən U-15 yaş qrupunda zona yarışları və ölkə birinciliyi keçirilir.

Komandalarımız GİN tərəfindən tam heyətlə (13 idmançı) U-15 Avropa çempionatına ezam edilir. Həmişə qeyd etmişəm ki, yeniyetmələr təməldir. Bu çempionlar gələcəkdə böyüklər arasında dünya və Avropa çempionatlarında, olimpiya oyunlarında bayrağımızı yüksəklərə qaldıracaqlar. Qarşıdan U-17 dünya çempionatı gəlir. Bu yarışda İran, ABŞ və Yaponiya kimi güclü ölkələr də iştirak edir. İnanıram ki, güləşçilərimiz güclü rəqabət fonunda dünya çempionatında da ölkəmizi layiqincə təmsil edəcəklər”.

Həmin kateqoriyadan