- Baxış sayı: 66
- 02 May 2025 12:28
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Gənclər və idman nazirliyinin dəstəyi ilə Azərbaycan kanoe və avarçəkmə federasiyasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə yeniyetmələr arasında təşkil etdiyi “Prezident kuboku” beynəlxalq reqatasında 1000 metr məsafəyə yürüşdə Əlimurad Hacızadə (2009-2010) qızıl medal qazandı. Allsport.az saytı xəbər verir ki, Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzinin qarşısında mükafatlandırmadan sonra o sevincini KİV-lə bölüşdü:
“Bu yarışda 2 gümüş və 1 qızıl medala yiyələndim. Rəqabət çətin keçdi. Buna rəğmən, mübarizəyə maksimum soyuqqanlı yanaşdıq. Nəyi bacardımsa, onu da göstərdim. Hər il birgə yürüş etdiyim rəqiblər oldu. Ötən mövsümlə müqayisədə, bu dəfə daha yaxşı nəticə göstərdim. Qarşıda bizi daha 2 ciddi sınaq gözləyir: Slovakiya reqatası, 3-cü MDB oyunları və Çex Respublikasında “Olimpiya ümidləri”. Həmin yarışlarda da uğurlu çıxışa səy göstərəcəyəm”.