- Baxış sayı: 62
- 25 Mart 2023 23:40
- Baxış sayı: 62
- Mart 25, 2023
- 0
Almaniya 2-ci Bundesliqasında 27-ci tura start verilib. Allsport.az xəbər verir ki, Dmitri Nəzərovun çıxış etdiyi “Erzgebirge” səfərdə “Nürnberq”lə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. Aue klubunun qolunu 51-ci dəqiqədə Nəzərov vurub. Lakin meydan sahibləri 63-cü dəqiqədə penaltidən vurulan qolla hesabı bərabərləşdirib.
“Erzgebirge” hazırda 38 xalla 5-ci pillədə qərarlaşıb.