“Nant” – “Qarabağ” görüşünü danimarkalılar idarə edəcək

Avropa liqasında mübarizə aparan “Qarabağ”ın turnirin “G” qrupun 5-ci turunda Fransada “Nant” klubuna qarşı oyununu idarə edəcək hakimlər açıqlanıb. Allsport.az saytı xəbər verir ki, oktyabrın 27-də saat 23:00-da Nantda “Beaujoire” stadionunda oyunu Danimarkadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim: Jakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Victor Skytte
Dördüncü hakim: Jorgen Burchardt
VAR: Jeroen Manschot
AVAR: Rob Dieperink

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish