“Nant”ın baş məşqçisi: “Qarabağ”la oyunlarda çətinlik yaşadıq

Fransanın “Nant” klubunun baş məşqçisi Antuan Kombuare, Avropa liqasının “G” qrupunda “Qarabağ”la keçirdikləri görüşləri xatırlayıb. Allsport.az saytı xəbər verir ki, 1-ci liqa təmsilçisi 2-ci turda Bakıda 0:3 uduzub, 5-ci turda evdə 2:1 qalib gəlib. 58 yaşlı mütəxəssis bu matçlarda çətinlik çəkdiklərini deyib:

“”Qarabağ”la oyunlarda çətinlik yaşadıq. Çünki onlar bizdən güclü idilər. Amma önəmli olan nəticədir. Yaxşı oynadığımız, amma qalib gəlmədiyimiz matçlardan nə isə öyrəndik. Təqdim etdiyimiz işdə irəliləyiş istəyiriksə, aydındır ki, biz daha çox nəzarət etməli, rəqiblərin zəif və güclü tərəflərini bilməliyik.

Bunu “Qarabağ”a qarşı görüşdə də gördük. Diqqətimizi yalnız “Olimpiakos”la matça yönəltmişik. Bazar günü “Reyms”lə çətin səfərə yaxşı hazırlaşmaq üçün “Olimpiakos”a qarşı yaxşı oyun keçirmək istəyirik. Liqa 1-də qalmağımız üçün bu, vacib matçdır”.

“Nant” bu gün son turda Yuyanıstanda “Olimpiakos”la qarşılaşacaq. Hesabında 6 xal olan Fransa klubunun hələ də pley-off fürsəti qalıb.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish