- Baxış sayı: 62
- 25 Mart 2023 23:40
- Baxış sayı: 62
- Mart 25, 2023
- 0
“Napoli”nin futbolçusu Viktor Osimhen klubdakı gələcəyi haqqında danışaraq, ən yaxşı həlli birlikdə tapmaq üçün agentləri və komanda rəhbərliyi ilə görüşəcəyini deyib.
Allsport.az xəbər verir ki, nigeriyalı hücumçu söyləyib:
“Gələcəkdə məni nəyin gözlədiyini bilmirəm. Mövsümün sonunda nümayəndələrimlə görüşüb hər şeyi müzakirə edəcəyəm. Mən də klubla danışacağam. “Napoli”yə çox minnətdaram. Ən yaxşı həlli birlikdə tapacağıq”.
Osimhenin transferində “Mançester Yunayted”, “Çelsi” və PSJ kimi Avropa futbolunun nəhəngləri maraqlıdır.