Naxçıvanda badminton üzrə ilk klub yaradılıb

Naxçıvanda badminton klubunun yaradılması ilə bağlı tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, Naxçıvan dövlət universitetidə keçirilən toplantıda ali təhsil ocağının rektoru Elbrus İsayev, muxtar respublikasının gənclər və idman naziri Ramil Hacı və Azərbaycan badminton federasiyasının prezidenti Taleh Ziyadov iştirak edib.

Tədbiri giriş sözü ilə açan Ramil Hacı, badmintonun inkişafı ilə bağlı görülən işlərlə bağlı məlumat verərək, bu sahədə həyata keçirilməsi planlaşdırılan tədbirlərdən danışıb. O bildirib ki, federasiyası ilə qurulan sıx əməkdaşlıq əlaqələrinin nəticəsi kimi, cari ilin iyun-iyul aylarında burada fiziki tərbiyə müəllimləri üçün milli olimpiya komitəsinin təşkilatçılığı, dünya badminton federasiyasının dəstəyi ilə “Səviyyə-1” məşqçilik kursları keçirilib, ilk badminton klubunun yaradılması qərara alınıb.

ABF-in Taleh Ziyadov isə ölkəmizdə bu idman növünün inkişafından danışaraq badminton üzrə yaradılan ilk idman klubunun fəaliyyətində uğurlar arzulayıb.

Tədbir zamanı həmçinin Naxçıvanda keçirilən “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərə sertifikatları təqdim olunub. Tədbir bitdikdən sonra Taleh Ziyadovun kurslarını uğurla bitirmiş fiziki tərbiyə müəllimləri və tələbələrlə görüşü keçirilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish