Naxçıvanda ümumdünya şahmat olimpiadasında ölkəmizi 5 komanda təmsil edəcək

Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək. Allsport.az saytı xəbər verir ki, bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşadək idmançılar arasında ümumdünya şahmat olimpiadasına ev sahibliyi edəcək. Yarışda ölkəmiz 5 komanda ilə təmsil olunacaq.

Azərbaycan-1-də Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740); Azərbaycan-2-də Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901) və Aysel Cəfərova (1489) yer alıblar.

Aydan Şükürova (1732), Nurtən Nuriyeva (1691),Lalə Hüseynova (1702), Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504) Azərbaycan-3, Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451) Azərbaycan-4 komandasının heyətində güclərini sınayacaqlar.

Azərbaycan-Naxçıvan komandasının heyətində Seyid Hüseyn (2097), Rza Həsənli (1566), Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632) və Zərifə Abbasova (1480) çıxış edəcəklər.

Olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq. 16 yaşadək idmançılar arasında şahmat olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish