Naxçıvanda yeniyetmələrin ümumdünya şahmat olimpiadasının açılışı olub

Allsport.az saytı xəbər verir ki, mərasimində Naxçıvan muxtar respublikası ali məclisinin sədri Vasif Talıbov, Beynəlxalq şahmat federasiyasının prezidenti Arkadi Dvorkoviç, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan şahmat federasiyasının prezidenti Mahir Məmmədov və digər rəsmi şəxslər qatılıblar.

Çıxış edənlər ölkəmizdə şahmat ənənələrinin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Azərbaycan prezidenti İlham Əliyevin şahmatın inkişafına böyük diqqət göstərdiyini qeyd ediblər.

Bunun ardından olimpiadanın baş hakimi yarışın qaydaları barədə məlumat verib, həmçinin püşk atılıb. Mərasim bədii hissə ilə davam edib.

23 ölkənin qatıldığı şahmat olimpiadasında təşkilatçılar 6 komanda ilə – “Azərbaycan-1”, “Azərbaycan-2”, “Azərbaycan-3”, “Azərbaycan-4”, “Azərbaycan-Naxçıvan” və “Sumqayıt “la təmsil olunur. Tədbir oktyabrın 10-dək davam edəcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish