- Baxış sayı: 48
- 21 Yanvar 2023 16:44
- Baxış sayı: 26
- Fevral 07, 2023
- 0
Bu gün İslam oyunlarında ağırlıqqaldırma üzrə yarışa start verilib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Emil Əliyev, məşqçilər Asif Məmmədov və Sərdar Həsənovun rəhbərliyi altında körpücük üzərinə 10 nəfər – 3 qadın və 7 kişi idmançı çıxacaq.
Onlardan ilk olaraq Nazilə İsmayılova mübarizəyə başlayıb. İdmançımız 45 kq-da çıxış edib. Birdən qaldırmada 54 kq çəkini ram edərək, bürünc medala sahib çıxıb. O, təkanla qaldırmada da uğurla çıxış edib. 67 kq çəkinin öhdəsindən gələrək, 3-cü yer tutub.
Toplam 121 kq (54+67) nəticə ilə Nazilə Konya-2021-də bürünc mükafata yetişib.