Nazir dünya etnosport konfederasiyanın nümayəndələrini qəbul etdi

Fərid Qayıbov ölkəmizdə səfərdə olan dünya etnosport konfederasiyası nümayəndələrini qəbul edib. Allsport.az saytı xəbər verir ki, təşkilatın baş katibi Həlim Ağsu, koroprativ əlaqələr direktoru Ləvənd Axıcı və tədbirlər direktoru Saleh Ağsunu salamlayan gənclər və idman naziri, qonaqlara dövlət idman siyasəti sahəsində görülən işlər barədə məlumat verib.

Görüşdə əsasən, 2022-ci ildə Bakının ev sahibliyi edəcəyi 5-ci beynəlxalq etnosport forumuna hazırlıq müzakirə edilib. Səmimi qəbula görə minnətdarlığını bildirən baş katib, Azərbaycanın digər beynəlxalq tədbirlər kimi, forumu da yüksək səviyyədə təşkil edəcəyinə əminliyini vurğulayıb.

Qeyd edək ki, pandemiya səbəbindən təxirə salınmış tədbir gələn il keçiriləcək.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish