Nazir uğur qazanan idmançılarla görüşdü

Mayın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, eləcə də nüfuzlu beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil etmiş Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşüb.

Allsport.az xəbər verir ki, Azərbaycan idman akademiyasında təşkil edilən görüş dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ardınca çıxış edən nazir idmançılarının beynəlxalq arenada qazandıqları nailiyyətləri yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb.

Ağırlıqqaldırma, boks, batut gimnastikası, akrobatika gimnastikası, kişi idman gimnastikası, cüdo, sərbəst güləş, qadın güləşi, yunan-Roma güləşi, üzgüçülük, kanoe, sambo, savat assault, parataekvondo, ciu-citsu, kuraş, alış və qoreş idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.

Tədbirdə həmçinin idmançıların hazırlıq prosesində əməyi olan məşqçilər də çıxış edərək, idman növləri və komandaların uğurları haqqında danışıblar.

Həmin kateqoriyadan