Nazir velosipedçilərin problemləri ilə maraqlanıb

Bu gün gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan velosiped idmanı federasiyasının fəaliyyəti ilə tanış olub. Allsport.az saytı xəbər verir ki, yığma komanda üzvləri ilə, eləcə də paravelosipedçilərlə görüşüb, onların problemləri ilə maraqlanıb, məşq proseslərini izləyib.

Fərid Qayıbov federasiyanda və respublika velotrekində yaradılmış şəraitlə də maraqlanıb. Federasiyanın nəzdindəki muzeyə baxıb. AzVİF-in 1-ci vitse-prezidenti Sahib Ələkbərov nazirə federasiyanın fəaliyyəti, yerli və beynəlxalq səviyyəliyarışlara hazırlıq, gənc idmançılarla işin qurulması, çətinliklər, federasiyanın gələcək planları barədə məlumat verib.

Qeyd olunan məsələlər ətrafında fikir mübadilələri aparılıb. Görüşdə federasiyanın baş katibi Fərhad Əliyev, respublika olimpiya velosiped məktəbinin direktoru Faiq Qurbanov və velotrekindyığma komandanın baş məçqçisi Əbülfəz Məmmədov iştirak ediblər.

Həmin kateqoriyadan