- Baxış sayı: 34
- 03 Dekabr 2024 13:53
- Baxış sayı: 287
- Dekabr 02, 2024
- 0
“Neftçi”nin Topaz Premyer Liqasındakı qələbəsiz oyunlar seriyası başa çatıb. Allsport.az xəbər verir ki, sonuncu dəfə aprelin 5-də “Simurq”la səfər qarşılaşmasında (1:0) qalib gələn paytaxt təmsilçisi 140 gündən sonra qələbə qazanıb.
Samir Əliyevin çalışdırdığı komanda uğursuz seriyanı 3-cü turun “Sumqayıt”la ev oyununda (2:1) qırıb. Bu müddətdə 9 qarşılaşma keçirən “ağ-qaralar” 5 heç-heçə edib və 4 məğlubiyyət alıb. Azərbaycan çempionatlarının tarixində özünün ən uzun qələbəsiz seriyasını rəsmiləşdirən “Neftçi” bu qarşılaşmalarda 8 qol vurub, 16-nı buraxmışdı.
4 aydan artıqdır ki, davam edən bu antirekorda qədər paytaxt klubunun ən uzun qələbəsiz seriyası 5 oyunu əhatə edirdi. Belə seriyaya ölkə çempionatlarında 5 dəfə təsadüf olunmuşdu.