“Neftci İdman Klubu” cüdo üzrə U-23 ölkə çempionatında komanda hesabında 1-ci olub

“Xilasedici” idman-sağlamlıq mərkəzində U-23 yaşadək cüdoçuların Azərbaycan birinciliyinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, yarışın 3-cü günündə daha 6 çəkidə 119 idmançı bacarığını nümayiş etdirib.

“Neftci İdman Klubu”nun təmsilçiləri növbəti 3 medala yiyələniblər. Camal Feyziyev (+100 kq) bütün rəqiblərini məğlub edib. Kamran Qasımov (73 kq) və Məhəmməd Məmmədzadə (+100 kq) 3-cü yer tutublar.

Beləliklə, “Neftçi İdman Klubu”nun cüdoçuları 14 çəki dərəcəsi üzrə 386 idmançının mübarizə apardığı ölkə birinciliyini 4 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vuraraq, ümumkomanda hesabında zirvədə qərarlaşıb. Kuboku klubun bu növ üzrə baş məşqçisi Tərlan Poladova ACF-in baş katibi Rəşad Rəsullu təqdim edib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish