- Baxış sayı: 28
- 01 Aprel 2023 17:04
- Baxış sayı: 93
- Aprel 01, 2023
- 0
Bu gün “Sərhədçi” olimpiya idman mərkəzində Azərbaycan basketbol liqasının daha bir oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, “Neftçi İdman Klubu” 13-cü tur çərçivəsində “Zirvə Astara” ilə üz-üzə gəlib.
Görüşün 1-ci dövrəsində hesabda geri düşməsinə baxmayaraq, sonradan geri dönüş edən paytaxt klubu gərgin mübarizədən 102:82 hesablı qələbə ilə ayrılıb.
“Neftçi”dən Davit Lomidze (26 xal, 8 ötürmə), “Zirvə Astara”dan Cerret Henderson (33 xal, 10 götürmə) fərqləniblər.