- Baxış sayı: 52
- 19 Yanvar 2025 12:17
- Baxış sayı: 80
- Yanvar 23, 2025
- 0
19-20 sentyabrda Qılıncoynama federasiyasının zalında ölkə çempionatı keçirilib. Allsport.az saytı xəbər verir ki, sablyaçıların mübarizəsində əksər medalları «Neftçi» İdman Klubunun üzvləri qazanıblar.
Qadınların rəqabətində finalda Səbinə Mikina Bakı-2015-in gümüş mükafatçısı Sevil Bünyatovanı 15:14 hesabı ilə məyus edib. Bürünc medallar Sevinc Bünyatova ilə Nərminə Cəfərovaya qismət olub.
Bu proqramda kişilərin yarışında Azər Tağıyev 1-ci yer tutub. 8 saylı UGİM-in sablyaçısı Cavanşir Səfərov 2-ci, Yusif Budaqov və Cavanşir Ağakişiyev 3-cü sıraya sahib çıxıblar.
Şpaqa növündə, finalda Kənan Əliyev Nəcəf Məhərrəmov üzərində hesabda 14:11 irəlidə olsada, yekunda 14:15 uduzub. Bürünc medalları Vəkil Nəsirov və Etibar Namazov qazanıblar.
Qadınların mücadiləsində 2 rəfiqa Elmira Xudaverdiyeva ilə Samirə Hüseynova müvafiq olaraq ilk 2 pilləni tutublar. Məryəm və Nübar Məlikova bacıları («Fencing» klubu) bürünc mükafat alıblar.