“Neftçi idman klubu”nun üzvləri İslam oyunlarında 23 medal qazanıb

Ötən həftə Türkiyənin Konya şəhərində 5-ci İslam həmrəyliyi oyunlarına yekun vurulub. Allsport.az saytı xəbər verir ki, avqustun 9-18-də keçirilən mötəbər yarışda 54 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparıb. Azərbaycanı 281 idmançı təmsil edib. Onlar ağırlıqqaldırma, atıcılıq, atletika, basketbol 3×3 (qadınlar və kişilər), cüdo, futbol, güləş, gimnastika, aerobika, bədii gimnastika, həndbol (qadınlar və kişilər), karate, kikboksinq, qılıncoynatma, oxatma, paraoxatma, paraatletika, paraüzgüçülük, stolüstü tennis, taekvondo, velosiped, voleybol (qadınlar və kişilər) və üzgüçülükdə çıxış ediblər.

Azərbaycan idmançıları oyunları 99 medalla 4-cü sırada başa vurublar. Bunlardan 29-u qızıl, 36-sı gümüş, 34-ü isə bürüncdür. Mötəbər yarışda “Neftçi idman klubu”nun 30 üzvü mübarizə aparıb. Qazanılan medallardan 23-ü bu ictimai birliyin təmsilçilərinə məxsusdur. Mükafatlardan 12-si qızıl, 6-sı gümüş, 5-i isə bürüncdür.

Qızıl medallara Hacı Əliyev, Turan Bayramov (hər ikisi – sərbəst güləş), Eldəniz Əzizli, Həsrət Cəfərov (yunan-Roma güləşi) və Balabəy Ağayev (cüdo) sahib olublar. Ülvü Qənizadə, Murad Məmmədov, Sənan Süleymanov (yunan-Roma güləşi), Nəriman Mirzəyev, Könül Əliyeva (cüdo), Dadaş Dadaşbəyli (ağırlıqqaldırma) 2-ci, Telman Vəliyev (cüdo), Səbinə Kərimova (qılıncoynatma) və Ramiz Məmmədov (kikboksinq) 3-cü yer tutublar.

Medallardan 9-nu “Neftçi idman klubu”nun idmançıları komanda yarışlarında qazanıblar.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish