“”Neftçi” kimi rəqibə qarşı 90 dəqiqə mübarizə aparmalısan”

“Sabah”  premyer liqanın 11-ci turunda səfərdə “Neftçi”yə 3:2 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonarların baş məşqçisi Murad Musayev bunu söyləyib:

“Bu gün parlaq oyun izlədik. Meydanda 90 dəqiqə gərgin mübarizənin şahidi olduq. Lakin hesab 3:0 olduqdan sonra rəqibə fərqi minimuma endirməyə imkan verdik. “Neftçi” kimi rəqibə qarşı oyunda 90 dəqiqə mübarizə aparmalısan.

Hətta 3:0 irəlidə olduqdan sonra belə 4-cü, 5-ci qolu vurmaq üçün mübarizə aparmaq lazımdır. Komandamdan razıyam. Lakin bəzi mənfi məqamlar var ki, bunun üzərində işləməliyik”.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish