- Baxış sayı: 34
- 17 Mart 2025 14:21
- Baxış sayı: 82
- Mart 16, 2025
- 0
Bakı idman sarayında basketbol üzrə Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyunları baş tutub. Allsport.az saytı xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. NTD klubu 71:66 hesabı ilə “Şəki”yə qalib gəlib.
“Naxçıvan” isə 102:60 hesabı ilə “Abşeron”u darmadağın edib. İkinci oyun günündə “Gəncə” 94:89 hesabı ilə “Sərhədçi”ni üstələyib. “Neftçi” klubu “Sabah” üzərində 85:81 hesablı qələbəyə sevinib.
1/4 final oyunlarında qeydə alınmış nəticələrdən sonra yarımfinal cütləri müəyyənləşib. “Naxçıvan” – “Gəncə” və “Neftçi” – NTD yarımfinal oyunları 28 mart tarixində Bakı idman sarayında keçiriləcək. Kubokun final oyunu 30 martda olacaq.