“Neftçi” ölkə çempionatlarında 600-cü səfər qolunu vurub

Allsport.az saytı xəbər verir ki, “ağ-qaralar” 6-cı turda Qəbələdə eyniadlı komandanı 2:1 yeniblər.
Matçda dubla edən Ata Cabirin 2-ci topu yubiley xarakteri daşıyıb.

Paytaxt təmsilçisi “600”ə səfərdəki 423-cü oyununda çatıb. 1992-ci ildən keçirilən yarışın daimi iştirakçısı olan “Neftçi” rəqib meydanında qol sayında mütləq rekordçudur.

Flaqman səfərdəki ilk qolunu 1992-ci il mayın 15-də Yevlaxda “Avtomobilçi”nin qapısından keçirib. Həmin matçda bakılılar 3:1 qalib gəlib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish